Türkiyədə böyük FETÖ əməliyyatı: 156 nəfər tutulub | VİDEO

 Türkiyədə böyük FETÖ əməliyyatı:    156 nəfər tutulub |    VİDEO
  01 İyul 2025    Oxunub:770
Türkiyənin ümumilikdə 30 vilayətində, o cümlədən Ankara, İstanbul və İzmir şəhərlərində son iki həftə ərzində keçirilən əməliyyat nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 156 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat verib. O bildirib ki, saxlanılanların 65-i haqqında həbs qətimkan tədbiri seçilib, 34-ü xüsusi məhkəmə nəzarətinə götürülüb.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər FETÖ terror təşkilatının hazırkı strukturu daxilində fəaliyyət göstərmək, təşkilat daxilindəki məsul şəxslərlə əlaqə saxlamaq, terror təşkilatını maliyyələşdirmək və sosial şəbəkə platformaları vasitəsilə təşkilatın təbliğatını aparmaq ittihamları ilə axtarışa verilənlərdir.


Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   antiterror   əməliyyat  



Xəbər lenti